Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
115
18 Dekabr , 2021 23:19
Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, "VAZ-2106" markalı avtomobil körpü yaxınlığında idarəetmədən çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü K.Həsənzadə və 2003-cü il təvəllüdlü T.Namazov xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Qəza zamanı nəqliyyat vasitəsinin sürücüsü isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi