Şəmkirdə karantin rejimini pozan sürücü qəza törətdi - YENİLƏNİB-2 - FOTO

Şəmkirdə karantin rejimini pozan sürücü qəza törətdi - YENİLƏNİB-2 - FOTO Şəmkirdə avtomobil qazasına düşən şəxslər karantin rejimini pozduqları məlum olub.
Hadisə
11 Aprel , 2020 18:55
Şəmkirdə karantin rejimini pozan sürücü qəza törətdi - YENİLƏNİB-2 - FOTO
"Report"

Şəmkirdə avtomobil qazasına düşən şəxslər karantin rejimini pozduqları məlum olub.

Bu barədə "Report"un Qərb mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilir ki, aprelin 10-da Şəmkir rayon sakini Orxan Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə rayonun qərb istiqamətindəki çıxışında xüsusi karantin rejimi ilə bağlı yaradılan polis postuna yaxınlaşaraq, Tovuz rayonuna getmək istədiyini bildirib. Polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman O.Hüseynov polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq postu qanunsuz keçib.

Məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ara yollarla Qazax rayonuna çatan sürücü geri qayıdan zaman yenə də Şəmkir rayonun Düyərli kəndi ərazisindəki polis postunu qanunsuz keçmək istəyib. Lakin cəmi bir neçə metr irəlilədikdən sonra avtomobilə idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və yanındakı sərnişin, Şəmkir rayon sakini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb.

Polis əməkdaşları dərhal qəza baş verən əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb.

Sürücü və sərnişin aidiyyəti məhkəmənin qərarı ilə 30 sutka həbs olunub. Bundan başqa O.Hüseynov bir illik sürücülük hüququndan da məhrum edilib.


***11:06

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Onlara hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib.

Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.


*** 10 aprel, saat 23:46

Bakı-Qazax avtomobil yolunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı xəsarət alanın olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi