Şəmkir. 24 avqust. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, Hadisə nəticəsində xəsarət alan 4 nəfər - 1988-ci il təvəllüdlü Xaliq Rüstəmov, 1967-ci il təvəllüdlü Cabir Səfərov, 1992-ci il təvəllüdlü yaşlı Hüseyn Məhəmməd oğlu Əliyev və 1991-ci il təvəllüdlü Cavid Ağakərim oğlu Hüseynov Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır
***23:4
Şəmkir. 24 avqust. REPORT.AZ/ Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, şadlıq saraylarının birinin önündə baş verib. Belə ki, "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.