Şəmkirdə avtomobil qəzası baş verib, xəsarət alan var

Şəmkirdə avtomobil qəzası baş verib, xəsarət alan var Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
29 Avqust , 2019 22:24
Şəmkirdə avtomobil qəzası baş verib, xəsarət alan var

Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Stansiya Şəmkir ərazisində qeydə alınıb. Qəza zamanı Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Elnur Rüstəmov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi