Şəmkirdə avtomobilin vurduğu piyadanın kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə avtomobilin vurduğu piyadanın kimliyi məlum olub - YENİLƏNİB Şəmkirdə avtomobilin vurduğu piyadanın kimliyi məlum olub.
Hadisə
28 Noyabr , 2019 00:06
Şəmkirdə avtomobilin vurduğu piyadanın kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə avtomobilin vurduğu piyadanın kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, 32 yaşlı Xəqani Ələkbərovdur.

Qeyd edək ki, hadisə şəhərin şərti olaraq "Karyer" adlanan ərazisində qeydə alınıb. X.Ələkbərov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:46

Şəmkir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin şərti olaraq "Karyer" adlanan ərazisində qeydə alınıb.

Gənc kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi