Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var

Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir
Hadisə
20 Dekabr , 2016 20:04
Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var

Bakı. 20 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qırxqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Sənan Tağıyev şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və qarşıdan gələn minik maşını ilə toqquşub. O, "təcili yardım" maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyat olunub. S.Tağıyevin vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Digər avtomobilin sürücüsünün və sərnişinlərinin xəsarət almadığı bildirilir. 

İlkin məlumata görə, S.Tağıyev avtomobili içkili vəziyyətdə idarə edib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi