Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB Şəmkirdə Ford markalı yük avtomobilinin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
2 Noyabr , 2019 21:24
Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəmkirdə "Ford" markalı yük avtomobilinin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, 1956-cı il təvəllüdlü Rauf Hüseyn oğlu Hüseynovdur. 

Qeyd edək ki, hadisə Zəyəm qəsəbəsində baş verib. 

Fakt araşdırılır.


***20:09

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəyəm qəsəbəsində baş verib. 

Avtomobil yolu qarşı tərəfə keçən orta yaşlı kişini vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Şəxsiyyəti hələ ki məlum olmayan meyit tibbi ekspertizaya aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi