Yuxarı
    Bağlamaq

    Şəmkirdə avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

    Naməlum avtomobil Gülarə Namazovanı vurub

    Şəmkir. 31 avqust. REPORT.AZ/ Şəmkir rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

    Şəmkir rayon Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

    Məlumata görə, hadisə gecə saatlarında, Bakı-Qazax yolunun Düyərli kəndinin ərazisindən keçən hissəsində baş verib. Naməlum avtomobil yolu keçmək istəyən kənd sakini, 1940-ci il təvəllüdlü Gülarə Namazovanı vuraraq hadisə yerindən qaçıb.

    Ağır xəsarətlər alan piyada Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi