Şəmkirdə avtomobil kanala düşüb sürücü ölüb

Şəmkirdə avtomobil kanala düşüb sürücü ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Mart , 2017 12:22
Şəmkirdə avtomobil kanala düşüb sürücü ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə rayonun seyfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Fəxrəddin Abbasov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili kanala aşırıb. Hadisə nəticəsində sürücü F.Abbasov ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi