Şəmkirdə avtomobil kanala aşıb, sürücü xəsarət alıb

Şəmkirdə avtomobil kanala aşıb, sürücü xəsarət alıb Eşqin Hüseynov müxtəlif bədən xəsarətləri alıb
Hadisə
5 Aprel , 2017 22:07
Şəmkirdə avtomobil kanala aşıb, sürücü xəsarət alıb

Şəmkir. 5 aprel. REPORT.AZ / Şəmkirdə avtomobil idarəetmədən çıxaraq kanala aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaracəmirli kəndində baş verib.

Belə ki, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Eşqin Hüseynovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb.

O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi