Şəmkir-Gədəbəy yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cənlibel kəndi ərazisində qeydə alınıb.
Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü Eşqin Mehman oğlu Abbasovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.