Şəmkirdə avtomobil ağaca çırpılıb, gənc oğlan ölüb

Şəmkirdə avtomobil ağaca çırpılıb, gənc oğlan ölüb Bakı. 25 may. REPORT.AZ/ Şəmkir rayonunda avtomobil ağaca çırpılıb, 23 yaşlı oğlan ölüb.
Hadisə
25 May , 2018 09:49
Şəmkirdə avtomobil ağaca çırpılıb, gənc oğlan ölüb
Report
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Şəmkir rayonunda avtomobil ağaca çırpılıb, 23 yaşlı oğlan ölüb.

FHN-dən “Report”a bildirilib ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

“VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Nəsibov Elmar Çingiz oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi