Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib Elçin Hüseynov ata yem verərkən heyvan ona təpik vurub
Hadisə
26 May , 2017 05:35
Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib
Courtesy İmage

Bakı. 26 may. REPORT.AZ/ Şəmkir rayonunda at gənc oğlana ağır xəsarət yetirib.

"Report" xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.

Belə ki, 28 yaşlı Hüseynov Elçin Rafiz oğlu ata yem verərkən at ona təpik vurub. Nəticədə E.Hüseynov üz nahiyəsindən ağır xəsarət alıb.

Yaralıya ilk tibbi yardım Şəmkir rayonundakı xəstəxanada göstərilib. Lakin E.Hüseynovun zədəsi ağır olduğundan o, daha sonra Bakıdakı xəstəxanalardan birinə gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi