​Şəmkirdə at arabasını vuraraq qaçan sürücü saxlanılıb

​Şəmkirdə at arabasını vuraraq qaçan sürücü saxlanılıb Hadisəyə avtomobilin ön işıqlarının yanmaması səbəb olub
Hadisə
12 Avqust , 2016 02:15
​Şəmkirdə at arabasını vuraraq qaçan sürücü saxlanılıb

Şəmkir. 12 avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şəmkirdə at arabasını vuraraq 6 nəfərin yaralanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, saxlanılan şəxs Şəmkir rayon Kür qəsəbə sakini Samir Əliyevdir.

O, at arabasını "Mercedes" markalı avtomobili ilə qəsəbə istiqamətində hərəkətdə olarkən arxadan vurub. Hadisəyə avtomobilin ön işıqlarının yanmaması səbəb olub.

Qəza nəticəsində yaralanan 6 nəfərdən 2-si Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə, 4-ü Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza zamanı at ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi