Şəmkirdə arvadını və qayınanasını öldürməyə cəhd edən şəxsin istintaqı yekunlaşıb

Şəmkirdə arvadını və qayınanasını öldürməyə cəhd edən şəxsin istintaqı yekunlaşıb Şəmkirdə həyat yoldaşını və qayınanasını öldürməyə cəhddə ittiham edilən Elnar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
1 İyun , 2019 17:58
Şəmkirdə arvadını və qayınanasını öldürməyə cəhd edən şəxsin istintaqı yekunlaşıb

Şəmkirdə həyat yoldaşını və qayınanasını öldürməyə cəhddə ittiham edilən Elnar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Şəmkir rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Faiq Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə fevralın 14-də Şəmkir rayonu Kür qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib. Qonşuların səs-küyə hadisə yerinə gəlməsi nəticəsində E.Cəfərov onları öldürə bilməyib.

Şəmkir rayon Prokurorluğunda E.Cəfərova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi