Şəmkirdə ahıl ər-arvad döyülüb

Şəmkirdə ahıl ər-arvad döyülüb Yaşlı ər və arvada xəsarət yetirənlərin oğurluq məqsədilə fermaya gəlmələri istisna olunmur
Hadisə
15 Sentyabr , 2015 16:38
Şəmkirdə ahıl ər-arvad döyülüb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Şəmkirdə ahıl ər və arvad döyülüb. "Report" xəbər verir ki, rayon sakinləri - 64 yaşlı Qəzənfər Hacıyev və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Roza Hacıyeva yaşadıqları evin həyətyanı sahəsində yerləşən fermada bir qrup şəxs tərəfindən döyülərək xəsarət alıblar. Yaralılar qonşuların köməkliyi ilə xəstəxanaya aparılıb. 

Şəmkir Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a verilən məlumata görə, əvvəllər də Hacıyevlər ailəsinə məxsus fermadan  müxtəlif ev quşları ilə yanaşı, iribuynuzlu və xırdabuynuzlu mal-qaralar oğurlanıb. Bu barədə zərərçəkən Şəmkir RPŞ-nə ərizə ilə müraciət edib. Polis şöbəsindən bildirilib ki, yaşlı ər və arvada xəsarət yetirənlərin fermaya oğurluq məqsədilə gəlmələri istisna olunmur. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi