Şəmkirdə ağır yol qəzası baş verib

Şəmkirdə ağır yol qəzası baş verib Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub
Hadisə
14 Oktyabr , 2017 16:45
Şəmkirdə ağır yol qəzası baş verib

Şəmkir. 14 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hazırda hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları deformasiyaya uğramış avtomobildə qalan yaralının çıxarılması üçün hadisə yerinə yollanıblar.

Son xəbərlər

Orphus sistemi