Şəmkirdə yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Şəmkirdə yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin şəxsiyyəti məlum olub.
Hadisə
1 Dekabr , 2019 22:24
Şəmkirdə yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib  - YENİLƏNİB

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin şəxsiyyəti məlum olub.

Daxili İşlər Nazirliyin Gəncə Regional Mətbuat xidmətindən “Report”un Qərb Mərkəzinə verilən məlumatına görə, qəzada Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Qəzada ölən Orucov Dilqəm və Orucov Vüqar qardaşdır. 1994-cü il təvəllüdlü Orucova Nübar isə O. Dilqəmin qızıdır. 


***21:50

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,  "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb. 

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.  


20:54***

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi