Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralanlar var

Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralanlar var Hadisə rayonun Çinarlı qəsəbəsi ərazisində qeydə alınıb
Hadisə
3144
13 Sentyabr , 2016 13:50
Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralanlar var

Şəmkir. 13 sentyabr. REPORT.AZ/ Şəmkirdə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 395-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Mahir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini Rövşən Məmmədovun idarə etdiyi “Subaru” markalı maşın toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü M.Məmmədov hadisə yerində ölüb. 

Qəzada xəsarət alan “Subaru”nun sürücüsü və qadın sərnişini, həmçinin “VAZ-2107” markalı avtomobildəki bir sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan R.Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilib. Digər yaralıların isə durumu normaldır. 

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi