Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub - YENİLƏNİB-2

Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub - YENİLƏNİB-2 Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub.
Hadisə
1194
27 Yanvar , 2020 22:14
Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub - YENİLƏNİB-2

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanov həlak olublar. 

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Kraz yolu" adlanan ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


***21:38

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır. 

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun "Kraz yolu" adlanan ərazisində qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.


***21:03

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Kraz yolu" adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə 2 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi