Şəmkirdə ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB

Şəmkirdə ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB Şəmkir rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrütaları məlum olub.
Hadisə
16 Fevral , 2020 23:25
Şəmkirdə ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB

Şəmkir rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrütaları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax magistiral avtomobil yolunun 395-ci kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Elməddin Aslanov və 1987-ci il təvəllüdlü Əli Həsənov vəfat edib.

1998-ci il təvəllüdlü Anar Əsgərov, Fərid Mərdanov, Elvin Bayramov və 1998-ci il təvəllüdlü Şahin Ağalarov müxtəlif bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır. 


***22:56

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi