Şəmkirdə 83 yaşlı kişini qətlə yetirən şəxsə hökm oxunub

Şəmkirdə 83 yaşlı kişini qətlə yetirən şəxsə hökm oxunub Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hüseyn Rüstəmov cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
4 May , 2021 16:46
Şəmkirdə 83 yaşlı kişini qətlə yetirən şəxsə hökm oxunub
0 : 00
0 : 00

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Rüstəmov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 25-də saat 16 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü Mustafayev İsa Göyalı oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qohumu, 1947-ci il təvəllüdlü Rüstəmov Hüseyn Novruz oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi