Şəmkirdə 61 yaşlı qadını avtomobil vurub

Şəmkirdə 61 yaşlı qadını avtomobil vurub Şəmkir şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
15 fevral 2021 17:46
Şəmkirdə 61 yaşlı qadını avtomobil vurub

Şəmkir şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 61 yaşlı Vətəngül Hüseynovanı avtomobil vurub.

Ayağından xəsarət alan qadın yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi