Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyada, 58 yaşlı Ə.Əliyevi "VAZ" markalı avtomobil vurub. Piyada ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.