Şəmkirdə 44 yaşlı qadın oğlu tərəfindən döyülüb

Şəmkirdə 44 yaşlı qadın oğlu tərəfindən döyülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
8 İyun , 2017 11:58
Şəmkirdə 44 yaşlı qadın oğlu tərəfindən döyülüb

Şəmkir. 8 iyun. REPORT.AZ/ Şəmkirdə 44 yaşlı qadın döyülərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhəri ərazisində naməlum şəraitdə baş verib. 

Belə ki, rayon sakini, 1973-cü il təvəllüdlü Nəzakət Əli qızı Cavadova ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, huşsuz vəziyyətdə ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilən qadına kəllə-beyin travması və üz nayihəsindən kəsilmiş-cızılmış xəsartləri diaqnozu qoyulub.

N.Cavadovaya tibbi yardım göstərildikdən sonra xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumatlara görə qadın oğlu tərəfindən döyülüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi