Şəmkirdə 36 yaşlı kişi bıçaqlandı

Şəmkirdə 36 yaşlı kişi bıçaqlandı Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
1 mart 2020 20:56
Şəmkirdə 36 yaşlı kişi bıçaqlandı
google.az

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Seyfəli kənd sakini, 1984-cü il təvəllüdlü Ramil Namazov qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi