Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.
Hadisə
28 Sentyabr , 2019 22:07
Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb

Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Camal Həsənov qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunduqdan sonra Reanimasiya Şöbəsinə yerləşdirilib. C.Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi