Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əliyaqublu kəndində baş verib.
Daşkəsən rayon sakini, 23 yaşlı Ərşad İsmayılov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə aparılıb. Onun mübahisə zəminində bıçaqlandığı bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.