Şəmkirdə 22 yaşlı qızın intiharının təfərrüatı məlum olub - YENİLƏNİB

Şəmkirdə 22 yaşlı qızın intiharının təfərrüatı məlum olub - YENİLƏNİB O, yaşadığı evdə özünü asıb
Hadisə
14 Noyabr , 2017 18:18
Şəmkirdə 22 yaşlı qızın intiharının təfərrüatı məlum olub - YENİLƏNİB

Şəmkir. 14 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş vermiş intiharın təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Kür qəsəbəsində intihar edən 22 yaşlı Aysel Rövşən qızı Tağıyeva Gəncə şəhər sakinidir və o, ikinci dəfə ailə həyatı quraraq yoldaşı ilə birgə həmin qəsəbədə kirayədə yaşayırmış.

Məlumata görə, qadının yoldaşı da əvvəllər başqası ilə ailəli olub. Ayselin ikinci evliliyindən 3 yaşında oğlu var. Hadisə zamanı Ayselin evdə tək olduğu bildirilir. Onun meyiti yaşadığı evin vanna otağında aşkarlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırmalara başlanılıb, istintaq aparılır.

*** 17:26 

Şəmkir rayonunda 22 yaşlı qız özünü asaraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. 

Belə ki, qəsəbə sakini, 1995-ci il təvəllüdlü Aysel Rövşən qızı Tağıyeva yaşadığı evdə özünü asaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi