Şəmkir. 18 fevral. REPORT.AZ/ Şəmkir şəhərində döyülmə hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəmkir şəhər sakini müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Türkan adlı qadının vəziyyəti hazırda qənaətbəxşdir. Onun kim tərəfindən və hansı şəraitdə döyüldüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.