Şəmkirdə 2 yol-nəqliyyat hadisəsi olub

Şəmkirdə 2 yol-nəqliyyat hadisəsi olub Şəmkir rayonunda müxtəlif yerlərdə 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, qəzalardan biri Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Digər hadisə isə "Kr
Hadisə
859
17 Avqust , 2020 22:29
Şəmkirdə 2 yol-nəqliyyat hadisəsi olub

Şəmkir rayonunda müxtəlif yerlərdə 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəzalardan biri Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Digər hadisə isə "Kraz yolu" adlandırılan ərazidə baş verib. 23 yaşlı Ceyhun Əsədov qəza zamanı xəsaət alıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

Qəzanın təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi