Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində 1967-ci il təvəllüdlü Novruz Novruzov, 1997-ci il təvəllüdlü Osman Məmmədov və daha 1 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanların hər 3-ü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.
Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Düyərli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota Prado" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.