Şəmkirdə 17 yaşlı qız itkin düşüb

Şəmkirdə 17 yaşlı qız itkin düşüb Şəmkir rayonunda 17 yaşlı qız itkin düşüb.
Hadisə
9 yanvar 2020 06:47
Şəmkirdə 17 yaşlı qız itkin düşüb

Şəmkir rayonunda 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova cari il yanvarın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X.Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi