Şəmkirdə 149 partlamamış hərbi sursat tapılıb

Şəmkirdə 149 partlamamış hərbi sursat tapılıb Bakı. 7 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda 149 partlamamış hərbi sursat tapılıb.
Hadisə
7 Noyabr , 2018 18:00
Şəmkirdə 149 partlamamış hərbi sursat tapılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda 149 partlamamış hərbi sursat tapılıb. 

Bu barədə "Report"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.  

Belə ki, noyabrın 7-də saat 12:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 381 km-nə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 149 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əl qumbarası, 147 ədəd 7.62 mm-lik patron), 2 ədəd boş F-1 əl qumbarası və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi