Şəmkirdə 14 yaşlı yeniyetmə qız intihar edib

Şəmkirdə 14 yaşlı yeniyetmə qız intihar edib Şəmkir. 10 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Hadisə
10 Sentyabr , 2018 21:50
Şəmkirdə 14 yaşlı yeniyetmə qız intihar edib

Şəmkir. 10 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Aynurə İsmayıl qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi