Şəmkirdə 14 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Şəmkirdə 14 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb Əməliyyat olunan 14 yaşlı qızın vəziyyəti hazırda orta-ağır olduğu bilridilir
Hadisə
14 Oktyabr , 2017 23:39
Şəmkirdə 14 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Şəmkir. 14 oktyabr. REPORT.AZ/ Şəmkirdə 14 yaşlı qız ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon Sabirkənd kənd sakini, 2003-cu il təvəllüdlü Rüstəmova Nərgiz Elşən qızı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan 14 yaşlı qızın vəziyyəti hazırda orta-ağır olduğu bilridilir.

Yaxınlarının dediyinə görə, N.Rüstəmova həyatyani sahədə nar yığan zaman yıxılıb və ağac onun döş qəfəsinə batıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi