Şəmkirdə 10 yaşlı uşağı avtomobil vurub

Şəmkirdə 10 yaşlı uşağı avtomobil vurub Şəmkir. 28 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda 10 yaşlı piyadanı avtomobil vuraraq ağır yaralayıb.
Hadisə
28 Oktyabr , 2018 21:22
Şəmkirdə 10 yaşlı uşağı avtomobil vurub

Şəmkir. 28 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda 10 yaşlı piyadanı avtomobil vuraraq ağır yaralayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Dəllər Cəyir kəndində Bəylərov Elxan Tapdıq oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü Əliyev Tuncay Vuqar oğlunu vurub.

Nəticədə piyada müxtəlif bədən xəsarətləri alaraq öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi