Şəmkir və Qəbələ sakinlərindən ov tüfəngi götürülüb

Şəmkir və Qəbələ sakinlərindən ov tüfəngi götürülüb Şəmkir və Qəbələ rayon sakinlərində sənədləri olmayan ov tüfəngləri aşkar edilib.
Hadisə
21 Oktyabr , 2019 12:26
Şəmkir və Qəbələ sakinlərindən ov tüfəngi götürülüb

Şəmkir və Qəbələ rayon sakinlərində sənədləri olmayan ov tüfəngləri aşkar edilib.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və nömrəsi silinmiş qaz tapançası aşkar edilərək götürülüb.

Bundan başqa, Qəbələ RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbə sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi