Şəmkir və İmişli sakinlərindən tüfəng götürülüb

Şəmkir və İmişli sakinlərindən tüfəng götürülüb Şəmkir və İmişli rayon sakinlərində tüfəng aşkarlanıb.
Hadisə
2 Dekabr , 2019 12:00
Şəmkir və İmişli sakinlərindən tüfəng götürülüb

Şəmkir və İmişli rayon sakinlərində tüfəng aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini M.Şahverdiyevdən “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Bundan başqa, DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli şəhər sakini Y.Rüstəmovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-58” markalı tüfəng və 20 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi