Şəmkir sakininin bank kartını oğurlayaraq hesabından pul çıxaran şəxs tutulub

Şəmkir sakininin bank kartını oğurlayaraq hesabından pul çıxaran şəxs tutulub Bakı. 29 mart. REPORT.AZ/ Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib.
Hadisə
29 Mart , 2018 12:46
Şəmkir sakininin bank kartını oğurlayaraq hesabından pul çıxaran şəxs tutulub

Bakı. 29 mart. REPORT.AZ/ Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib.

DİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Samux rayon sakini İbrahim Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. 

Orphus sistemi