Şəmkir sakini su quyusuna yıxılaraq ölüb

Şəmkir sakini su quyusuna yıxılaraq ölüb Vasif Allahverdiyevin cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
16 Sentyabr , 2017 01:08
Şəmkir sakini su quyusuna yıxılaraq ölüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Şəmkir sakini su quyusuna yıxılaraq ölüb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb. 

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi