Şəmkir sakini qızdırıcı sobanın üstünə yıxılaraq ağır yanıq xəsarətləri alıb

Şəmkir sakini qızdırıcı sobanın üstünə yıxılaraq ağır yanıq xəsarətləri alıb Şəmkir. 8 fevral. REPORT.AZ/ Şəmkir rayon sakini qızdırıcı sobanın üstünə yıxılaraq ağır yanıq xəsarətləri alıb.
Hadisə
8 Fevral , 2018 11:24
Şəmkir sakini qızdırıcı sobanın üstünə yıxılaraq ağır yanıq xəsarətləri alıb
Report

Şəmkir. 8 fevral. REPORT.AZ/ Şəmkir rayon sakini qızdırıcı sobanın üstünə yıxılaraq ağır yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib. 

Belə ki, qəsəbə sakini, 1964-cu il təvəllüdlü Saləddin Hüseynovu yaşadığı evdə qıcolma tutub və qızdırıcı sobanın üzərinə yıxılıb. Daha sonra soba onun üstünə aşıb. Ağır yanıq xəsarətləri alan S.Hüseynov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi