Gədəbəy sakini qızını qaçıran şəxsin atasını bıçaqlayıb - YENİLƏNİB

Gədəbəy sakini qızını qaçıran şəxsin atasını bıçaqlayıb - YENİLƏNİB O, Rusiyaya qaçmaq istəyərkən yaxalanıb
Hadisə
711
5 İyun , 2017 21:42
Gədəbəy sakini qızını qaçıran şəxsin atasını bıçaqlayıb - YENİLƏNİB

Gədəbəy. 5 iyun. REPORT.AZ/ Gədəbəydə Şəmkir sakinini bıçaqlayan şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir sakini, 1966-cı il təvəllüdlü Sahib Dəmir oğlu Əliyevi bıçaqlayan şəxs onun qudası, Gədəbəy rayon sakini Samir Ayaz oğlu Kazımov olub.

Əldə olunan məlumata görə, S.Əliyevin oğlu bir müddət əvvəl evlənmək məqsədilə S.Kazımovun qızını qaçırıb. Uzun müddətdir Rusiyada işləyən S.Kazımov isə bir-iki gün əvvəl yaşadığı Arıxdam kəndinə qayıdıb. O, evlərində qonaq etdiyi qudası S.Əliyev ilə mübahisə edib və bıçaqla qohumuna ağır xəsarət yetirib. S.Kazımov hadisə yerindən qaçıb. O, Rusiya Federasiyasına getmək istəyən zaman Qazax rayon "Sınıq Körpü" gömrük keçid məntəqəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

S.Kazımov barəsində Gədəbəy rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***19:21

Gədəbəy rayonunda Şəmkir rayon sakini bıçaqlanıb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Sahib Dəmir oğlu Əliyev mübahisə zəminində sol döş qəfəsindən bıçaq zərbəsi alıb və daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Həkimlər tərəfindən əməliyyata götürülən yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi