Şəmkir sakini döyüldükdən bir gün sonra ölüb

Şəmkir sakini döyüldükdən bir gün sonra ölüb Onun kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyənləşdirilib
Hadisə
27 Sentyabr , 2016 12:13
Şəmkir sakini döyüldükdən bir gün sonra ölüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Şəmkir sakini döyülərək öldürülüb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlığı nəticəsində yıxılmasını bildirib və ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. O, sentyabrın 26-da evində ölüb. 

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.

Son xəbərlər

Orphus sistemi