Şəmkir sakini qardaşını bıçaqladı - YENİLƏNİB

Şəmkir sakini qardaşını bıçaqladı - YENİLƏNİB Şəmkir rayon sakini sərxoş vəziyyətdə qardaşını bıçaqlayıb.
Hadisə
29 Mart , 2020 12:20
Şəmkir sakini qardaşını bıçaqladı - YENİLƏNİB

Şəmkir rayon sakini sərxoş vəziyyətdə qardaşını bıçaqlayıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Elşən Əbulfət oğlu Əliyev qardaşı, 1989-cu il təvəllüdlü Rövşən Əliyev tərəfindən ailədaxili münaqişə zəminində qarın nahiyəsindən bıçaqlanıb. 

R.Əliyevin hadisəni törədən zaman sərxoş olduğu bildirilir. 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


*** 11:45

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 31 yaşlı Elşən Əliyev bir bıçaq yarası ilə xəstəxanaya aparılıb. Cərrahiyyə əməliyyatı edilən Ə.Əliyevin vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi