Şəmkirdə tanışlar arasında dava düşüb: xəsarət alanlar var

Şəmkirdə tanışlar arasında dava düşüb: xəsarət alanlar var Dava zamanı 2 nəfər xəsarət alıb
Hadisə
9 İyul , 2017 09:38
Şəmkirdə tanışlar arasında dava düşüb: xəsarət alanlar var
Courtesy İmage

Şəmkir. 9 iyul. REPORT.AZ/ Şəmkir rayonunadə baş vermiş dava zamanı 28 yaşlı oğlanın burnu sınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hələ ki bilinməyən səbəbdən yaranan mübahisə zəminində tanışlar arasında əlbəyaxa dava düşüb. 

Hadisə zamanı Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndinin sakini, 1989-cu il təvəllüdlü İsayev Ramil İsa oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması alan gəncin həm də burnunun sındığı məlum olub. Travmatologiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, mübahisə zəminində qarşı tərəfdən də 1 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Lakin o, hadisə yerindən qaçaraq xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi