Yuxarı

Şəmkir rayonunda elektriki cərəyan vurub

Şəmkir rayonunda elektriki cərəyan vurub
Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkmişin vəziyəti ağırdır

Şəmkir. 21 may. REPORT.AZ/ Şəmkir rayonunun İrmaşlı kəndində elektriki cərəyan vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü kənd sakini Əhmədov Vaqif Məzahir oğlu təmir aparılan evdə elektrik işi görən zaman onu cərəyan vurub.

Ağır xəsarət alan elektrik yaxınlıqdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən V.Əhmədovun vəziyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi