Şəmkir-Gədəbəy avtomobil yolunda baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, “QAZel” markalı yük maşını ilə “Niva” markalı avtomobil toqquşub.
Hadisəyə qatı dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Qəzada xəsarət alanlardan yalnız bir nəfərin (kişi - Red) aldığı xəsarət ciddi hesab olunur. Digərlərinin vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.
17:22***
Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində 2 uşaq, 1 qadın və 1 kişi olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hazırda hadisənin təfərrüatı araşdırılır.