Bakı. 23 aprel. REPORT.AZ/ Şəmkir rayonunda 180 metr metal borunu oğurlamağa cəhd göstərən şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir dəmir yolu stansiyasının ərazisindən 180 metr metal borunu oğurlamağa cəhd göstərən Gəncə şəhər sakini Yunis Aydınov saxlanılıb.