Salyanda 2 yaşlı uşaq boya həlledicisi içərək zəhərlənib

Salyanda 2 yaşlı uşaq boya həlledicisi içərək zəhərlənib Uşağın vəziyyəti orta ağır olaraq qalır
Hadisə
8 sentyabr 2015 04:10
Salyanda 2 yaşlı uşaq boya həlledicisi içərək zəhərlənib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Salyanda 2 yaşlı uşaq boya həlledicisi içərək zəhərlənib. "Report" xəbər verir ki, hadisə rayonunun Şorsulu kəndində qeydə alınıb. Həmin kəndin sakini 2013-cü il təvəllüdlü Ayli Hünər qızı Abdullayeva boya həlledicisi içərək zəhərlənib. Az yaşlı qız uşaq dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta ağır olaraq qalır.

Son xəbərlər

Orphus sistemi